Kim Çen Ina qarşı sui-qəsd planı
12.05.2017 675 0.0 0

Şimali Koreya rəhbərliyinə qarşı sui-qəsd cəhdinin təşkilatçıları ən sərt formada cəzalandırılacaq.

Qazeta.info Azvision.az -a istinadla xəbər verir ki, bunu Şimali Koreyanın Moskvadakı səfiri Kim Hen Çjun bildirib. Səfir bildirib ki, Pxenyan cinayətkarları amansızcasına cəzalandıracaq. 

Qeyd edək ki, Şimali Koreya Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri bəyan edib ki, ABŞ-ın Mərkəzi kəşfiyyat İdarəsi və Cənubi Koreyanın kəşfiyyat idarəsi biokimyəvi maddənin köməkliyi ilə ölkə lideri Kim Çen Ina qarşı sui-qəsd planlaşdırıb.

Xatırladaq ki, bu bəyanat Şimali Koreyada ABŞ vətəndaşlarının həbs olunması xəbəri ilə üst-üstə düşüb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar