Kiçik bir yardım bu qızı həyata qaytaracaq! - REPORTAJ
01.08.2015 1134 0.0 0

Şəfasını Allahdan istəyən bu qızcığaz Firuzədir. 3 yaşlı balaca çox nadir hallarda rast gəlinən uşaqlıq xərçəngindən əziyyət çəkir. 8 aylığından bu amansız xəstəliklə mübarizə aparan Firuzə onlarla kimya terapiyası qəbul edib.

 

Orucovlar ailəsinin ikinci uşağı olan Firuzəni 8 aylıq olarkən ailəsi həkimə aparıb. Ancaq aldıqları cavabdan şok keçiriblər. Çünki qızlarının tutulduğu xəstəlik adətən 50 yaşından sonra qadınlarda yaranır - uşaqlıq xərçəngi.

 

Azərbaycanda 2 dəfə əməliyyat olunaraq uşaqlığı çıxarıldıqdan, 21 dəfə kimya terapiyası aldıqdan sonra ailə Firuzəni Almaniyaya aparmaq qərarına gəlir. Yardım kampaniyası başladılır. Azərbaycanlı iş adamı ailənin hesabına 50 min avro köçürür. Yığılan yardımlarla birlikdə ailə Münhenə yola düşür. Həmin məbləğ qısa müddətdə tükənir.

 

Xəstəxanada ümidsizcəsinə kömək gözləyən Firuzəni xilas edən daha bir insan tapılır. Orada qarşılaşdıqları Türkiyədən olan xanım vasitəsilə ailə türk motosikletçilər qrupu olan "Turkos MC"-nin himayəsinə götürülür.

 

8 ay Almaniyada yaşayan Firuzə getdikcə sağalmağa başlayır. Anası Türkan Orucəliyeva deyir ki, xəstəliyinin tam sağalması üçün Firuzə 5 il müayinə olunmalıdır: "Hər 4 aydan bir müayinə olunmalıdır. 5 il müddətində bu şiş qayıda bilər deyirlər. Qayıtmasa, sağalacaq. İndi getməyimiz üçün hər 4 aydan bir 3 min manat lazımdır. Biz kirayədə yaşayırıq. Həyat yoldaşım isə fəhlə işləyir. Biz o pulu toplaya bilmirik".


Anası deyir ki, Firuzə saçı uzun həmyaşıdlarına baxanda öz saçlarını axtarırdı. İndi saçları yenidən çıxdığı üçün sevinir. Anası Firuzənin artıq həkimlərdən bezməsini başa düşdüklərini deyir: "Biz onu Almaniyaya aparanda tamam başqa idi. İndi saçı çıxıb, böyüyüb, gözəlləşib. Hər kəsdən xahiş edirəm ki, müalicəni yarımçıq qoymamaq üçün bizə kömək etsinlər".

 

Balaca, dəcəl Firuzə artıq ağır xəstəliyinin çox hissəsini yarıda qoyub. Kiçik bir yardım onu bu amansız xəstəlikdən xilas edib həyata qaytaracaq./apa/

 

Əlaqə telefonu: (070) 612 17 18

 

Bank hesabı

 

Kapital Bank

5 nömrəli şöbə

H/H AZ15A::B38010019449500347195

VÖEN: 9900003611

M/H AZ37NABZ01350100000000001944

KOD^ 200952

SWIFT  KODU AIIBAZ2X

Ünvan: Şərifzadə 71

Tel: 434 89 13. Faks: 432 11 05

KAPİTAL BANK 5 N şöbə

 

Əlaqə telefonu: (070) 612 17 18

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar