KİV: Suriyada silah anbarında partlayış olub, Rusiyanın 15 muzdlu döyüşçücü ölüb
15.02.2018 786 0.0 0

Suriyada silah-sursat anbarının partlaması nəticəsində Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb.

 

“The Guardian” qəzetinə istinadən bildirilir ki, hadisə Deyir-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş verib.

 

Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşşar Əsədə sadiq qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan sonra silah anbarında partlayış olub. 

Bu ərazi ABŞ-ın dəstəklədiyi PYD və YPG terrorçu dəstələrin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) nəzarəti altındadır.

Məlumata görə, partlayış nəticəsində 23 nəfər ölüb. Onlardan 8-i isə Bəşşar Əsədin əl-Bakir briqadasının əsgərləridir.  /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar