Kerridən Əliyev və Sarkisyana çağırış
01.07.2016 749 0.0 0

ABŞ-ın dövlət katibi Con Kerri Ermənistan və Azərbaycana çağırış edib.Məlumata görə, ABŞ Dövlət Departamenti Kerrinin İlham Əliyev və Serj Sarkisyanla telefon danışığı barədə bəyanat yayıb. 

Con Kerri Ermənistan və Azərbaycan prezidentləri ilə apardığı telefon danışıqları zamanı tərəfləri Dağlıq Qarabağ zonasında vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.   

“Kerri son həftələrdə təmas xətti boyu atəşkəs rejiminə əməl edilməsinin müsbət hal olduğunu qeyd edib və prezidentləri sülh prosesinin irəliləməsi üçün vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb”, - deyə bəyanatda bildirilir.

Dövlət katibi həmçinin ABŞ-ın münaqişənin hərtərəfli həllinə dəstək verməyə hazır olduğunu təsdiqləyib və prezidentləri ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqları davam etdirməyə çağırıb.

 

  

Prezident İlham Əliyev və ABŞ-ın dövlət katibi Con Kerri

 

Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri


Ötən gün Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefonla danışıb.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə keçirilən danışıqlar prosesində son hadisələri, xüsusən Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların icrası prosesini müzakirə ediblər.

Con Kerri və İlham Əliyev arasında telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar