KERRİ VƏ LAVROV ARASINDA TELEFON DANIŞIĞI OLUB
26.01.2015 823 0.0 0

ABŞ dövlət katibi Con Kerry ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 

Qazeta.info APA-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd edilib ki, telefon danışığı zamanı Ukraynanın cənubundakı Mariupolda baş vermiş hadisələr, sepratçıların hücumu nəticəsində onlarla mülki şəxsin öldürülməsi müzakirə olunub.

 

Kerri atəşkəs sazişi imzalanmasının, ağır artleriyanın geri çəkilməsinin, sərhədin bağlanmasının vacibliyinə diqqət çəkib.

 

ABŞ bölgədə gərginliyin artmasından narahatlıq ifadə edib, sülh yaradılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

 

Qeyd edək ki, dünən Ukraynanın Mariupol şəhərinə sepatçıların hücumu zamanı 30 nəfər ölüb, 103 nəfər yaralanıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar