Kanadada 43-cü parlament seçkiləri keçiriləcək
21.10.2019 412 0.0 0

Oktyabrın 21-i Kanadada 43-cü parlament seçkiləri keçiriləcək.

Məlumata görə, ölkə sakinləri qarşıdakı dörd il ərzində kimin onların maraqlarını parlamentin aşağı palatasında - İcmalar Palatasında təmsil edəcəklərini müəyyənləşdirməlidirlər.

Qalib gələn partiyanın lideri Kanadanın Baş naziri vəzifəsini tutacaq.

Kanadanın Atlantik sahilində seçki məntəqələri yerli vaxtla saat 08:30-da açılacaq, səsvermə ölkənin Sakit okean sahillərində yerli vaxtla saat 19:00-da başa çatacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar