Tarix: 07.12.2016,   Saat: 12:36, Çərşənbə.          

Kadırov Ərdoğana müraciət edib

Türkiyədə polislərin və mülki şəxslərin qətlində şübhəli bilinən 3 çeçen silahlı saxlanılıb. RBK agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.

 

Məktubun mətninə əsasən, saxlanılan şəxslər Maxran Saidov, Aslanbek Vadalov və Tarxan Qaziyevdir.

 

R. Kadırov R. Ərdoğanı saxlanılan şəxsləri Çeçenistana ekstradisiya etməyə çağırıb.

 

"Saxlanılan hər bir şəxs hərbçilərin, polislərin və mülki şəxslərin ölümünə səbəb olan çoxsaylı terakt hadisələri törədib. Vandalov 10 polisi və 3 mülki şəxsi qətlə yetirib. Qaziyev Rusiyanın baş nazirinin müavini Valentin Vlasovun oğurlanmasında və bir neçə polisin qətlində şübhəli bilinir. Saidov isə 20 nəfəri qətl edib", - deyə məktubda bildirilir./apa/



  Bölmə: Dünya | Baxış sayı: 1570 | Tarix: 05.11.2016, 12:28


Xəbərlər