Kabel televiziyalarında analoq yayım davam etdiriləcək
10.10.2016 590 0.0 0

Azərbaycan ərazisində cari ilin dekabr ayının 1-dən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.
 
Məlumata görə, bunu Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev bildirib.
 
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən kabel operatorların abunəçilərinin rəqəmli yayıma keçid ilə bağlı narahatlığı əsassızdır və analoq formatda "KATV1" və "Ailə TV" kabel operatorlarının müştəriləri dekabrın 1-dən sonra da onların xidmətlərindən istifadə edə biləcəklər.
 
Ə. Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və 1 dekabrdan sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır: "Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almaq lazım deyildir. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq. Kabel operatorları isə öz abunəçilərinin tələbatlarını nəzərə alaraq analoq yayımı davam etdirəcəklər və buna üçün narahat olmağa dəyməz".
 
Onun sözlərinə görə, rəqəmsal yayıma keçid Azərbaycanın da qoşulduğu Cenevrə konvensiyanın qərarları ilə bağlıdır. Belə ki, həmin konvensiyaya görə rəqəmli yayıma keçid 2015-ci ildə başa çatmalı idi. Lakin MDB ölkələri, o cümlədən də Azərbaycan bu prosesi müəyyən qədər yubadıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar