Kəmaləddin Heydərov onları işdən çıxardı
23.10.2017 1054 1.0 0

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Oqtay Bayramov işdən ayrılması ilə bağlı mediaya açıqlama verib. O, FHN-dən getməsini ailə məsələləri ilə əlaqələndirib.

Qafqazinfo-ya istinadla xəbər verilir ki, Bayramov işdən öz istəyi ilə ayrılmayıb. 

O, nazir Kəmaləddin Heydərovun göstərişi ilə işdən çıxmaq barədə ərizə yazıb. Səbəb isə yol verdiyi nöqsanlar olub.

Daha bir məqam isə Oqtay Bayramovla yanaşı, FHN-nin ictimaiyyətlə əlaqə idarəsinin rəisi Səbuhi Ağayevin də vəzifəsindən azad olunmasıdır. O, eyni zamanda, Kəmaləddin Heydərovun köməkçisi idi.

Qeyd edək ki, oktyabrın əvvəlində FHN-də 6 saat davam edən iclas keçirilib və sözügedən iclasdan sonra bəzi şəxslərin işdən uzaqlaşdırılması barədə qərar qəbul olunub./Oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar