Jurnalistlər üçün müsabiqə keçiriləcək
16.04.2015 710 0.0 0

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi jurnalistlər üçün müsabiqə elan edib.

Bu barədə Qazeta.info-ya Komitədən məlumat verilib. Müsabiqənin mövzusu "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır" adlanır. Müsabiqədə yaşı 35-dək olan qadın jurnalistlər iştirak edə bilərlər. Yazı müsabiqəsinin şərtləri və əlavə məlumatlar aprelin 17-si saat 12-də BMM-ə keçiriləcək mətbuat konfransında açıqlanacaq. Maraqlanan media nümayəndələri tədbirdə iştirak edə bilər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar