Jurnalistlərə `Şeyxülislam` mükafatı təsis olunacaq
25.11.2016 668 0.0 0

Azərbaycanda dindarlar üçüm yeni moizələr kitabı nəşr olunacaq. Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün “Milli mənəvi dəyərlər və KİV” mövzusunda jurnalistlər üçün təlimlərin açılışında deyib.

O bildirib ki, artıq bir möizələr kitabı nəşr olunub və ikinci möizələr kitabının nəşrinə hazırlıq görülür.

QMİ sədri deyib ki, Azərbaycanda "Şeyxülislam" mükafatının yaradılması nəzərdə tutulur. O qeyd edib ki, bunun üçün tapşırıqlar verilib, bu mükafatlar din sahəsində yazan jurnalistlər üçün də veriləcək.

Şeyxülislam din-dövlət münasibətlərinin inkişafında medianın rolunu yüksək qiymətləndirib:

“Bu gün Azərbaycanda dövlət ilə din arasında yüksək münasibətlər mövcuddur. Bu münasibətlərin qurulmasında mətbuatın da böyük rolu var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar