IŞİD-lə mübarizə üçün yeni ordu yaradıldı
02.03.2015 692 0.0 0

IŞİD-ə qarşı mübarizə üçün yeni ordu yaradılır

 

İraqın Səlahəddin valisi Raid Əl Cuburi, Tuzhurmatu mahalına bağlı Süleyman Bəy  hissəsində Sünni Ərəblər tərəfindən qurulan şəhid Üməyyə Əl Cuburi ordusunu ziyarət edib

Məlumata görə, IŞİD-ə  qarşı qurulan bu orduya ölkənin fərqli yerlərindən könüllü olaraq qatılanlar var.

Səlahəddin valisi Cuburi burada, Səlahəddin camaatının  IŞİD-dən tamamilə təmizlənilməsi üçün əməliyyatların çox yaxında həyata keçiriləcəyini bildirib. Süleyman Bəydə təlimlər alan yeni orduya sıralarına başda Səlahəddin camaatı  və digər bəzi yerlərdən könüllü vətəndaşlar qatıldığı bildirir.

Vali Əl Cuburi qurulan yeni orduya lazımı dəstək verdiklərini bildirərək IŞİD-ə qarşı Səlahəddin elindəki bütün tayfa güclərinin birlikdə hərəkət etməsi lazım olduğunu qeyd edib. Tuzhurmatu rəsmiləri isə, qurulan yeni ordu tərkibində türkmənlərlin də təmsil olunmasını bildirərək, fərqli etnik və məzhəb qruplarından könüllülərin bura qatıldığını bildiriblər.

Onlar yeni yaradılan bu ordunun İraqın Səlahəddin bölgəsini İŞİD bəlasından qoruyacağını bildiriblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar