Iranın müdafiə naziri Rusiyaya səfər edəcək
16.04.2016 624 0.0 0

 Iranın müdafiə naziri Hüseyn Dehqan aprelin 26-27-də Moskvaya səfər edəcək.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, nazir Rusiya paytaxtında keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcək.
 
Onun rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşü nəzərdə tutulub.
 
“Son iki ildə İran və Rusiya müdafiə nazirləri beş dəfə görüşüblər. Bu dəfə Hüseyn Dehqan Moskvaya təhlükəsizlik konfransında iştirak etmək üçün gəlir. Ümumiyyətlə, hər iki ölkənin müdafiə nazirləri daim təmasdadırlar”, deyə İranın Rusiyadakı səfiri Mehdi Sənayi bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar