
Şəmkir rayonunda itkin düşən azyaşlı bacılar tapılıb.
“Report” xəbər verir ki, uşaqların qardaşının sinif yoldaşıgilə getdikləri məlum olub. 2008-ci il təvəllüdlü Məmmədova Minurə Xəqani qızı və onun bacısı, 2005-ci il təvəllüdlü Aişə Məmmədova Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən valideynlərinə təhvil veriliblər.
Qeyd edək ki, azyaşlı bacıların itməyi ilk dəfə deyil. Onlar bir müdət əvvəl də itkin düşübmüş.
*****
Şəmkir rayonunda azyaşlı bacılar itkin düşüb.
Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, 2008-ci il təvəllüdlü Məmmədova Mahirə Xəqani qızı və onun bacısı, 2005-ci il təvəllüdlü Aişə Məmmədova evdən oynamaq adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.