İtin sahibi ilə «söhbəti» - VİDEO
29.03.2015 785 0.0 0
"Sənə axırıncı dəfə deyirəm: bura mənim məkanımdır, burada mən yeyirəm! Sən mənim kartoflarımı oğurlayıb yeyibsən! Sən! Yaramazlıq edibsən!"
 
Daily Mail-ə istinadən bildirilir ki, Reddit servisində "Knapplace" nikli istifadəçinin yerləşdirdiyi video sosial şəbəkələrdə sürətlə populyarlaşır.

"Bu videoda atam haski cinsindən olan itimizi danlayır. İt otaqda masanın üstündəki qabda olan kartofları yeiyb, atam da qəzəblənib", - "Knapplace" yazıb.
 
Evin sahibi itə deyir: "Sənin yeməyin döşəmədəki qabdadır. Amma sən mənim yeməyimi yeyirsən! Sus, cavab vermə, özünə haqq qazandırma!"
 
Haski cinsindən olan köpəklə sahibinin "söhbət"inin videosunu təqdim edirik./milli.az/
 
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar