İtalyan qızlar Bakıda birləşdilər
15.06.2015 591 0.0 0
Sponsor tapan voleybolçular GioMomiAreBack haştaqını təbliğ edirlər

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, İtalyan voleybolçuları Juliya Momoli və Daniela Qioria uzun illər oyunlarda cüt iştirak ediblər. Lakin London 2012 ərəfəsində onlar ayr-ayrı oynamağa qərar veriblər.

"Biz başqa nəyisə təcrübədən keçirmək istəyirdik", -deyə  Momoli söyləyib. "Hər ikimizin uzun müddətli karyeramız vardı və öz yolumuzu ayrılıqda davam etdirmək istədik."

Lakin üç illik fasilədən sonra Momoli-Qioria cütlüyü Bakıda yenidən birləşdi. Onlar ilk Avropa Oyunlarından Rio 2016 üçün tramplin kimi istifadə etməyi planlaşdırırlar.

Bakıdan geri qayıtdıqdan sonra cütlüyün çimərlik voleybolu üzrə ilk birgə böyük turnirdə iştirakı gözləniir. Juliya Momoli geriyə cütlük kimi qayıtdıqlarını bəyan edib:

Biz burada yaxşı oyun sərgiləyərək Rioya vəsiqə qazanmağı qarşımıza hədəf qoymuşuq. Biz cütlük kimi altı il oynamışıq. İndi isə məqsədimiz sinerji və azzurini qürurlu formada geri qaytarmaqdır.-Juliya Momoli

Lakin geriyə qayıdış o qədər də asan olmadı. Axı cütlük İtaliyanın çimərlik voleybolu proqramının ən yüksək ballarından kənarda idi. Onlar oyuna qayıtmaq üçün müstəqil surətdə vəsait cəlb etməli idilər:

"Cütlük kimi oynamaq qərarı öz qərarımız idi," -deyə Qioria bildirib. "Odur ki, bizə inanan bir neçə sponsor tapdıq və birgə təlimlərə başladıq."

İtalyan xanımlar birgə oynadıqlarını sosial mediada da təbliğ edirlər. Bunun üçün  #GioMomiAreBack  haştaqından istifadə edirlər. Cütlüyün nə dərəcədə uğurlu  Onların nə dərəcədə bacarıqlı olub-olmadığı isə  bir neçə gün sonra yarışlarda bəlli olacaq.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar