İtaliya `Whatsapp`ı 3 milyon avro cərimə edib
13.05.2017 763 0.0 0

İtaliyanın antiinhisar xidməti "Whatsapp" məlumat mübadilə xidmətini 3 milyon avro dəyərində cərimələyib.

Məlumata görə, qərar "Facebook" istifadəçilərinin şəxsi məlumatlarının götürülməsi ilə bağlı iki araşdırmanın nəticəsində qəbul edilib.

Ötən ilin oktyabr ayında Məxfi məlumatların qorunmasına nəzarət üzrə Avropa tənzimləyicisi "Facebook" istifadəçilərinin şəxsi məlumatlarının "WhatsApp"a ötürülməsi ilə bağlı narahatlığını bildirmiş və bununla bağlı araşdırmalara başlanılmışdı.

Qeyd edək ki, "Facebook" 2016-cı ilin 16 oktyabrında "WhatsApp"-ın alınması ilə bağlı 19 milyard dollarlıq müqavilə imzaladığını açıqlamışdı./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar