İt uşaqları `əsir` saxladı - VİDEO
20.02.2017 777 0.0 0

Bursada sahibsiz pitbul məktəb bağçasında futbol oynayan uşaqlara hücum edib.

Milliyet-ə istinadən xəbər verilir ki, uşaqlar qorxudan eyvana dırmanaraq valideynlərinə zəng edincə polis və xilasetmə qrupları hadisə yerinə gəliblər.

Polis qrupları əvvəl itin sahibini axtarıblar. Tapa bilməyincə bələdiyyə qruplarına xəbər verilib. 1 saat eyvanda qalan uşaqlar itin sahibi gəlib çıxdıqdan sonra xilas ediliblər. Polis qrupları itin sahibini pitbulla birlikdə polis bölməsinə aparıblar.

Hadisə ilə əlaqədar istintaq başladılıb./Milli.Az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar