İstanbulda zavodda partlayış baş verib, yaralananlar var
25.01.2017 773 0.0 0

 Türkiyənin İstanbul şəhərində Hadımköy Atatürk Sənaye Parkında plastik məhsulların istehsalı ilə məşğul olan zavodda partlayış baş verib. 

Qazeta.info "Report" -a istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 18:00-da zavodun anbarında meydana gəlib. 

Məlumata görə, 3 min kvadratmetr sahəyə malik zavodda partlayışdan sonra yanğın olub. Nəticədə 4 işçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yanğının söndürülməsi üçün 25 yanğınsöndürən maşın, 5 təcili tibbi yardım və 85 personal cəlb edilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar