İstanbul Universitetində FETÖ əməliyyatı keçirilib
09.12.2016 763 0.0 0

İstanbul başda olmaqla, Türkiyənin 12 vilayətində Fətullahçı Terror Təşkilatı - FETÖ üzvlərinə qarşı əməliyyat başlayıb.
 
“Hürriyet”ə istinadən yayılan məlumata görə, İstanbul Universitetində çoxlu sayda professor, dosent, dosent yardımçısı saxlanılıb.
 
Ümumilikdə 87 nəfərin nəzarətə götürülməsinə dair sanksiya var. Artıq onlardan 51-i saxlanılıb. Hüquq-mühafizə orqanları eyni vaxtda 100-dən çox ünvanda axtarış aparır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar