İsrailin müdafiə naziri istefa verib
20.05.2016 633 0.0 0

İsrailin müdafiə naziri Moşe Yaalon istefa verdiyini və siyasətdən getdiyini elan edib.
 
Məlumata görə, bu barədə o özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
M. Yaalon bu gün səhər baş nazir Benjamin Netanyahunu bu barədə məlumatlandırdığını qeyd edib: “Mən bu gün baş nazirə bildirdim ki, ona olan etimadsızlıq səbəbindən hökumətdən və parlamentdən gedirəm, siyasi fəaliyyətimə fasilə verirəm”.
 
“Haaretz” qəzetinin yazdığına görə, bu həftənin ortasında baş nazir müdafiə naziri postunu “Bizim evimiz-İsrail” partiyasının rəhbəri Aviqdor Libermana təklif edib.
 
Liberman isə ötən gün təmsil etdiyi partiya ilə hakim “Likud” partiyası arasında koalisiya danışıqlarının getdiyini açıqlayıb: “Ümid edirəm ki, iki gündən sonra yeni koalisiya razılaşması imzalanacaq və birinci gün parlamentin plenar iclasında təsdiqlənəcək”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar