İsrail Suriyanı kimyəvi hücumda ittiham etdi
10.04.2018 1269 0.0 0

İsrail Suriyanı kimyəvi silah tətbiq etməkdə ittiham edən qərb ölkələrinin sırasına qatılıb.

 

 

 

Məlumata görə, İsrail XİN bəyan edib ki, kimyəvi hücum rəsmi Dəməşqin qadağan edilmiş zəhərli maddələrin istehsalı və yayılması ilə məşğul olmasından xəbər verir.

 

Qeyd edək ki, qərb ölkələri aprelin 7-də Suriyanın Duma şəhərində baş verən kimyəvi hücumda yerli hakimiyyəti ittiham edir. Rəsmi Dəməşq isə bütün ittihamları rədd edir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar