İsrail Qəzza zolağına hava zərbəsi endirib
22.08.2016 532 0.0 0

İsrailə məxsus hərbi təyyarələr Qəzza zolağına hava zərbəsi endirib.

 

“Gazeta.ru”-ya istinadən verilən məlumata görə, hücum nəticəsində 2 nəfər, o cümlədən 17 yaşlı gənc yaralanıb.

 

İsrail hərbçiləri “Həmas”a məxsus infrastrukturun hədəfdə olduğunu  bildiriblər.

 

Bundan əvvəl Qəzzadan buraxılan raket İsrailin  Sderot şəhərinə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. İsrail hadisəyə görə məsuliyyəti «Həmas» təşkilatının üzərinə qoyub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar