İsrail prezidentinin həyat yoldaşı vəfat edib
04.06.2019 499 0.0 0

İsrail Prezidenti Reuven Rivlinin həyat yoldaşı Nehama Rivlin vəfat edib.

Məlumata görə, N.Rivlin son illər ağciyər xəstəliyindən əziyyət çəkirdi.

Bu ilin martında Nehama Rivlin ağciyər transplantasiyası ilə əlaqədar əməliyyat keçirmişdi.

Bununla bağlı olaraq, prezident Reuven Rivlin Kanadaya səfərin yarımçıq qoyaraq İsrailə qayıtmışdı.

İyunun 5-də Nehama Rivlinin 74 yaşı olacaqdı./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar