İspaniyanın keçmiş müdafiə nazirinin meyiti evində aşkarlanıb
10.04.2017 671 0.0 0

İspaniyanın keçmiş müdafiə naziri 47 yaşlı Karme Çakon vəfat edib.

İspaniya KİV-inə istinadən xəbər verilir ki, onun meyiti Madriddə yaşadığı evdə aşkarlanıb.

Keçmiş nazirin ölümünün səbəbi rəsmi olaraq, açıqlanmasa da onun ürəyində problem olduğu bildirilib. 

Qeyd edək ki, K.Çakon Barselonada anadan olub. 23 yaşında İspaniya Sosialist Fəhlə Partiyasına daxil olub. 2000-ci ildə parlamentin Aşağı Palatsının deputat seçilib. 2004-cü ildə parlament sədirinin müavini olub.

O, 2008-ci ildə Xose Luis Sapatero hökumətində müdafiə naziri vəzifəsinə təyin edilib. K.Çakon bu vəzifəyə təyin ediləndə 7 aylıq hamilə imiş. 2013-cü ildə isə deputatlıqdan imtina edərək, ABŞ-ın Florida ştatında Mayami-Deyd kollecində müəllim işləyib. 2016-cı ildə o,İspaniya Sosialist Fəhlə Partiyası üzvülüyündən çıxıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar