İslamiadada paraatletika yarışlarında iki Azərbaycan idmançısı FİNALDA
16.05.2017 736 0.0 0

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində paraatletika yarışlarında Azərbaycan ın 2 idmançısı finala vəsiqə qazanıb.

Məlumata görə, qadınlar arasında 100 metr məsafəyə qaçış yarışlarında atletlərimiz Yelena Çebanu və İradə Əliyeva qızıl medal uğrunda mübarizə aparacaqlar.

Bu gün keçiriləcək finalda Azərbaycan idmançıları ilə yanaşı, mərakeşli Məryəm Ən-Nuri və İndoneziya atlet Endanq Sitorus yarışacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar