İslamiada çərçivəsində cüdo üzrə yarışlara start verilib
13.05.2017 770 0.0 0

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo üzrə yarışlara start verilib.

Məlumata görə, cüdo yarışlarında ölkəmizi kişilər arasında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov təmsil edəcəklər.

Qadınlar arasında isə ölkəmizi Aişə Qurbanlı, Nəzakət Əzizova, Kifayət Qasımova və Xanım Hüseynova təmsil edəcəklər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar