İslam Kərimovun qızı atasının insult olduğunu açıqlayıb
29.08.2016 705 0.0 0

Özbəkistan prezidenti İslam Kərimovun qızı atasının sağlıq durumu ilə bağlı açıqlama verib.
 
Məlumata görə, İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki səhifələrində atasının insult olduğunu yazıb. O, ötən şənbə günü İ. Kərimovun beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”. 

Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar