İŞİD terrorçuları Əl-Babda azı 30 dinc sakini öldürüb
26.12.2016 705 0.0 0

İŞİD terrorçuları Suriyanın  şimalındakı Əl-Bab yaşayış məntəqəsindən qaçmaq istəyən ən azı 30 dinc sakini  öldürüb.
 
Məlumata görə, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Dinc sakinlərin arasında  çoxlu  sayda yaralıların olduğu  bildirilir. Qurudan və havadan endirilən zərbələr  nəticəsində  terrorçuların 113 mövqeyi  məhv edilib.  
 
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında “Fərat qalxanı” adlı əməliyyata başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar