«İŞİD» tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
26.05.2016 897 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Rufan Ağcabəyovun və Martin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, hazırlıq iclasında təqsirləndirilən R. Ağcabəyovun vəkili iştirak etməyib. Buna görə, hakim məhkəmə prosesini mayın 27-nə təxirə salıb.

Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar. Onlar Suriyada “İŞİD”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etməkdə günahlandırılırlar.
 
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrə əsasən ittiham olunurlar. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar