İŞİD Suriyadakı mövqelərindən geri çəkilməyə başlayıb
15.10.2015 601 0.0 0

İŞİD silahlıları Rusiya aviasiyası və Suriya ordusunun zərbələri nəticəsində geri çəkilmək məcburiyyətində qalıb.
 
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bəyan edib.
 
“Silahlılar geri çəkilirlər”, - deyə o vurğulayıb.  
 
İ. Konaşenkovun sözlərinə görə, Rusiya kəşfiyyatı bu dəyişiklikləri müəyyənləşdirir. O qeyd edib ki, həm Rusiya, həm də Bağdaddakı məlumat mərkəzindən alınan məlumatların təhlili aparılır. 
 
İ. Konaşenkov həmçinin bildirib ki, məlumatın yoxlanılması və təsdiqi üçün kəşfiyyat aviasiyasının və pilotsuz aparatların uçuş intensivliyi artırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar