İŞİD silahlıları yenə də başı kəsdi
25.02.2016 552 0.0 0

 Liviyanın Sabrata şəhərində İŞİD silahlıları 17 təhlükəsizlik qüvvələri əməkdaşını  öldürüb.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bu barədə Sabrata şəhərinin meri bildirib.
 
Belə ki, 6 nəfər fevralın 23-də terrorçularla gedən döyüşlərdə ölüb. Bir gün sonra isə terrorçular təhlükəsizlik idarəsinin binasını ələ keçirərək 11 nəfərin başını kəsiblər.
 
Qeyd edək ki, fevralın 19-da ABŞ hərbi təyyarələrinin Sabrata şəhərinə hava zərbələri endirməsi nəticəsində 49 nəfər ölüb.  Hədəfdə bir neçə terror aktının təşkilatçısı sayılan tunisli terrorçu Nurəddin Şuşanın olduğu bildirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar