İŞİD şəhərin tarixi hissəsini minaladı
21.06.2015 656 0.0 0

İŞİD terror qruplaşmasının silahlıları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhərinin qədim hissəsini minalayıblar.   
 
“Onlar hələ ötən gün minalayıblar. Onlar həmçinin Roma teatrında da partlayıcı qurğu quraşdırıblar. Biz bunun səbəblərini hələ də bilmirik”.  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Suriyanın SOHR hüquq müdafiəsi təşkilatının rəhbəri Rami Əbdülrəhman bildirib.      
 
Qeyd edək ki, qədim qalıqları UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmiş Palmira şəhəri İŞİD silahlılarının nəzarətinə mayın ortalarında keçib. Şəhəri tərk etməzdən əvvəl Suriya ordusu əhalinin böyük hissəsini, 11 minədək hərbi və siyasi cinayətkarı, habelə qiymətli  tarixi eksponatları  şəhərdən təxliyə edib.  
 
İŞİD silahlıları münaqişə başlayandan bu vaxtadək Suriyanın mədəni irsinin  750-dək obyektini dağıdıb. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar