İŞİD əməliyyatı: Tutulanlar arasında azərbaycanlılar da var (FOTO)
26.12.2015 613 0.0 0

Türkiyə-Suriya sərhədində 250 nəfər İŞİD-ə qoşulmaq istəyən şəxs saxlanılıb. 

Türkiyə mətbuatına istinadla verilən məlumata görə, həmin şəxslər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, İngiltərə, İraq, Şərqi Türküstan, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, İordaniya və Bolqarıstan vətəndaşları da olub. Terror təşkilatına qoşulmaq istəyən şəxslər Suriyaya Türkiyənin Hatay şəhərindən keçmək niyyətində olublar. 
Lakin polisin ayıq-sayıqlığı onların bu istəklərini yarımçıq qoyub. 

Bundan əvvəl isə Türkiyədə İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən 38 nəfər saxlanılıb. Onların arasında 14 Azərbaycan vətəndaşı da var idi. 

İŞİD-çilərə qarşı əməliyyat Adana şəhərinin mərkəzindəki Seyhan qəsəbəsində həyata keçirilib.

14 azərbaycanlı ilə yanaşı saxlanılanlar arasında 7 İndoneziya, 5 İraq, 5 Qırğızıstan, 2 Tacikistan, 2 İran və bir neçə Əfqanıstan vətəndaşının olduğu da bildirilirdi. 

 


İŞİD-ə qoşulmaq istəyən şəxslər

 

Türkiyə hökuməti terror təşkilatına qoşulan insanların sayını nəzərə alaraq Suriya ilə sərhəddə 2 metr enliyində, 3 metr yüksəkliyində və 7 ton ağırlığında beton hasar inşa edib. 11 km-lik hasar ölkənin Hatay şəhəri ilə Suriya arasında hörülüb. Sərhəd 7 gün 24 saat mühafizə olunur. 

 


Türkiyə-Suriya sərhədi

 

Suriyanın İdlib və Latakiya şəhərləri ilə sərhəddə isə 4 metr enində və 5 metr hündürlüyündə hasarlar inşa edilib. 

 


Suriya-Türkiyə sərhədində inşa edilən hasar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar