İŞİD liderlərindən biri məhv edilib
23.09.2015 594 0.0 0

ABŞ təyyarələrinin zərbələri nəticəsində İŞİD terror qruplaşmasının yüksək rütbəli üzvü məhv edilib.

“BBC”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ ordusunun nümayəndəsi bildirib.   
 
Pentaqonun məlumatına əsasən, öldürülən Əbu Bəkr əl Türkməni  terrorçuların “inzibati əmiri” sayılır. O, bundan əvvəl “Əl Qaidə” terror təşkilatının İraqdakı fəaliyyətində fəal rol oynayıb.
 
Məlumata görə, hava zərbəsi Təl-Əfər şəhəri yaxınlığında endirilib.
 
Qeyd edək ki, Pentaqon bundan əvvəl avqustda İŞİD liderinin müavini Fadhil Əhməd əl Xəyali, mayda isə neft və qazın qaçaqmalçılığına cavabdeh olan Əbu Sayyaf  öldürülüb /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar