Tarix: 07.12.2016,   Saat: 01:49, Çərşənbə.          

İŞİD lideri silahlıları Mosulu müdafiə etməyə çağırıb

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi silahlıları Mosulu müdafiə etməyə çağırıb.

 

“AFP” agentliyinə istinadən verilən xəbərə görə, bu, oktyabrın 17-də İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı başlayandan sonra Əl-Bağdadinin silahlılara ünvanlandığı ilk audioyazıdır.   

 

İŞİD başçısı tabeliyində olan döyüşçüləri şəhəri tərk etməməyə çağırıb. Bununla belə, onun hazırda Mosulda olub-olmaması məlum deyil.

 

Qeyd edək ki, ötən gün  Britaniyanın “İndependent” qəzeti Əl-Bağdadinin Mosulda olduğu barədə məlumat yayıb. /apa/



  Bölmə: Dünya | Baxış sayı: 221 | Tarix: 03.11.2016, 12:24


Xəbərlər