İŞİD lideri Bağdadinin arvadı Türkiyəyə gedəcəyini açıqlayıb
01.12.2015 672 0.0 0

Əl Qaidə terror təşkilatının Suriya qanadı Nüsrə Cəbhəsi 2014-cü ildə əsir götürdüyü 16 Livan əsgərini 13 nəfər qarşılığında sərbəst buraxıb.

 

Qazeta.info axar.az-a istinadla xəbər verir ki, Livanın azad etdiyi 13 şəxs arasında İŞİD lideri Əbubəkr Bağdadinin keçmiş arvadı Saca Hamid Duleymi də var.

 

“Mən İŞİD lideri Əbubəkr Bağdadinin keçmiş arvadıyam. 6 il əvvəl boşanmışıq. Əvvəlcə Beyruta, oradan isə Türkiyəyə getməyi planlaşdırırıq”, - Hamid Duleymi “Əl-Cəzirə” kanalına deyib.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar