İŞİD-ə «Ləbeyk ya Hüseyn» hücumu başladı (VİDEO)
27.05.2015 1367 0.0 0

İraqın hökumət qüvvələri İŞİD terror qruplaşmasını Anbar əyalətindən çıxarmaq üçün əməliyyata başlayıb. 

Məlumata görə, bu barədə şiə döyüşçülərdən ibarət könüllü qüvvə olan Xalq Səfərbərliyinin sözçüsü bildirib.
O bildirib ki, əməliyyat, qoşunların və döyüşçülərin Səlahəddin əyalətindən cənuba doğru hərəkətini əhatə edəcək və İŞİD döyüşçülərinin Ramadidə təcrid olunmasına çalışalacaq.

Xalq Səfərbərliyi sözçüsü Əhməd əl-Əssadi mətbuat konfransında əalvə edib ki, Anbara nəzarəti ələ keçirmək üçün əməliyyat şiə imamına hörmət əlaməti olaraq “Ləbeyk ya Hüseyn” adlandırılacaq. O bildirib ki, əməliyyat “uzun çəkməyəcək” və döyüşdə “düşməni təəccübləndirəcək” yeni silahlardan istifadə olunacaq. Əssadi ayrıca olaraq AFP xəbər agentliyinhə bildirib ki, təhlükəsizlik qüvvələri və hərbçilər şəhəri mühasirəyə alıb hücuma keçməzdən öncə, Ramadinin şimal-şərqindəki səhra ərazilərə hərəkət edəcəklər.

Hücum amerikalılar tərəfindən müsbət qarşılanıb. Hətta vitse-prezident Co Bayden ABŞ dəstəyi üçün söz verib. Lakin o əlavə edir ki, ABŞ şiə döyüşçülərin rolundan hələ də narahatdır. ABŞ İraqdakı şiə döyüşçülərin İran təfəindən dəstəkləndiyi gümanındadır. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar