İŞİD kürdlərlə razılığa gəldi
26.08.2015 738 0.0 0

Uzun müddətdir bir-biri ilə mübarizə apararan İŞİD və kürdlərin özünümüdafiə dəstələri (YPG) nəhayət ki, bir məsələdə razılığa gələliblər.

Məlumata görə, iki tərəf arasında əldə olunan razılaşmaya əsasən müxtəlif vaxtlarda əsir düşən döyüşçülər dəyişdiriləcək.

Razlılaşmanın icrasına elə razılaşma əldə olunan gün başlanılıb. Ərəb tayfa başçılarının vasitəçiliyi ilə İŞİD və (Kürd özünümüdafiə dəstələri) YPG tərəfdən 3 döyüşçü dəyişdirilib. 

Məlumata görə, əsirlərin dəyişdirilməsi Suriyanın Hasaka bölgəsində həyata keçirilib. Döyüşçülər Hasakada gedən müharibədə əsir düşüb. 

 


YPG-nin əlindəki İŞİD döyüşçüsü


Əsirlərin dəyişdirilməsi ilə bağlı heç bir tərəf hələ ki açıqlama verməyib. 


İŞİD terror qruplaşması və kürdlər Suriyanın Kobani şəhəri uğrunda uzun müddət müharibə aparıblar. 

İŞİD şəhərin içərilərinə doğru irəliləyib şəhəri ələ keçirməyə yaxın olasada, sonda kürd birləşmələrin və Şimali İraqdan gələn köməklə şəhəri İŞİD –dən azad etmək mümkün oldu. 

Kobani əldən gedərsə, terrorçular “Bağdada aparan yol” sayılan Ənbar vilayətinə hücumları gücləndirə bilər. Ənbar vilayətinin administrasiyası artıq İŞİD-in sürətli və amansız hücumlarına son qoymaq üçün Birləşmiş Ştatlardan quru qoşunları ilə yardım göstərməyə çağırmışdı. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar