İŞİD-in yeni il PLANLARI: hədəfdə iki ölkə
16.12.2015 748 0.0 0

İŞİD terror qruplaşması Liviya və Misirin Sinay yarımadasında neft yataqlarını ələ keçirməyi planlaşdırır.

 

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli Amerika məmuruna istinadən bildirib.  Məlumata görə, ABŞ İŞİD-in hücumuna məruz qala biləcəyi yataqlar, boru kəmərləri və neft infrastrukturunun digər obyektlərinə kimlərin nəzarət etdiyini araşdırır.

 

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, İŞİD neft satışından hər ay 40 milyon dollar qazanır. Amma son zamanlar bu biznesdə İŞİD-in xərcləri artıb, gəlirləri azalıb. Buna neftdaşıyan yük maşınlarına endirilən hava zərbələri də təsir göstərir.

 

Bir yandan da dünya bazarında neftin qiymətinin düşməsi İŞİD-ə daha çox təsir etməyə başlayır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar