İŞİD-in yeni hədəfi - Misir ehramları-VİDEO
08.06.2016 724 0.0 0

İŞİD silahlılarının dünya KİV-lərində əsk-səda doğuran bəyanatı yayılıb. Rusiya mətbuatına istinadən verilən məlumata görə, silahlılar bu sözlərı İraqda məhv etdikləri məbəddə səsləndirib.

Silahlı qruplaşma İraqın Şərq hissəsində yerləşən Nabu məbədini partladıb. Məbəd qədim Assuriya şəhəri Nimrudun ərazisində yerləşib.

İŞİD-in sosial şəbəkəyə yüklədiyi videoda partlayış anları əks olunub. Qədim tikilini məhv etmək üçün bir neçə dəfə partlayış törədilib.

 

 


İŞİD qədim məbədi belə partlatdı


Videonun sonunda silahlı qruplaşma növbəti hədəfini açıqlayıb. Bu zaman ekranda Dünyanın yeddi möcüzəsindən olan Ehramlar görünüb.
İŞİD Suriyanın Palmira şəhərində də analoji addımlar atıb. Qədim abidə və tikililəri məhv edib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar