İŞİD-in yeni cəbhəsi
02.07.2015 715 0.0 0

İŞİD silahlı qruplaşması Qəzza bölgəsinin idarə edən HƏMAS hərəkatına iki sutkalıq ultimatum verərək, İŞİD tərəfdarlarını təqibini dayandırmağı tələb edib. 

Həmçinin “Associated Press” istinadən verilən məlumata görə, İŞİD keçən həftə İsrailə qarşı gerçəkləşdirilmiş raket zərbəsinə görə də məsuliyyəti öz üzərinə götürüb. 2007-ci ildən Qəzza sektorunu idarə edən HAMAS daha radikal qruplaşma olan İŞİD-i özün təhlükə kimi görür. İŞİD-in Qəzza bölgəsində nə qədər tərəfdarının olduğu bildirilməsə də qruplaşma üzvləri HƏMAS-ı İsraillə mübarizədə daha sərt mövqe göstərməməkdə günahlandırırlar. 

Beləliklə, Sinay yarımadasında fəaliyyət göstərən "Ənsar Beyt əl-Makdis" qruplaşmasının döyüşçülərinin İŞİD-ə sədaqət andı içməsindən sonra HƏMAS-la yanaşı regionun iki dövləti - Misir və İsrail yeni müharibə təhlükəsi ilə üz-üzə qalıb. 

 

 


İndiyə kimi 100-ə yaxın mülki vətəndaşının İŞİD tərəfidən öldürüldüyünü bəyan edən Misir qrpulaşmaya qarşı sərt mübarizəyə başlayıb. Misir ordusundan verilən məlumata görə, indiyə kimi 90 nəfər İŞİD üzvü həlak olub, silahlı qüvvələr isə 17-ə yaxın əsgər və zabit itirib. 

 

İsrail ordusunun radiosu "Qaley SAXAL" isə Misirlə sərhəddə yerləşən ordu hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib. Həmçinin “BBC”nin məlumatına görə, İsrail baş naziri Benyamin Netanyahu İŞİD tərəfindən öldürülmüş misirlilərə görə Qahirəyə baş sağlığı verib. O, İŞİD-ə qarşı mübarizədə Misirə dəstək verəcəyini vurğulayıb. 



Lakin İsrail mətbuatını izlədikdə anlamaq olur ki, bu ölkənin hərbçiləri heç də bu məsələdə baş nazirlə həmfikir deyillər. Məsələn, İsrail müdafiə nazirliyinin departament rəhbəri, istefada olan general Amos Qilad öz ölkəsinin ordusunun bu məsələyə qarışmamasını vacib sayır. Onun fikrincə, İŞİD bütün Yaxın Şərqini xəritəsini dəyişdirməyə çalışsa da bunun üçün real imkanları yoxdur. 

“Biz Qəzza sektorunda və Suriyada terror qruplaşmalarının qarşıdurmasına müdaxilə etməyəcəyik. İndiki balans qorunduqca İsrail ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək”,- deyə general Amos Qilad "Qaley SAXAL" radiosuna bildirib. Yəni xoruzun quyruğu görünür və İsrail pazı-pazla, yəni HAMAS-ı İŞİD-lə səhnədən çıxarmaq istəyir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar