İŞİD helikopter vurdu - 2 pilot ölüb
06.04.2017 688 0.0 0

İŞİD terror təşkilatının silahlıları İraqda hərbi helikopter vurub.

Trend-in məlumatına görə, helikopter Mosul üzərində vurulub. Helikopterin iki pilotu hadisə nəticəsində həlak olub.

Məlumata görə, helikopter Mosulun qərb hissəsində terrorçuların mövqelərinə zərbələr endirərkən vurulub.

Helikopter quruda İŞİD silahlıları ilə mübarizə aparan İraq ordu qüvvələrinə havadan dəstək göstərirmiş.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar