İŞİD fələstinlilərə hücum etdi
01.04.2015 803 0.0 0

İŞİD terror qruplaşması bu dəfə fələstinlilərə hücum edib.

Məlumata görə, terrorçular Suriyanın paytaxtı Dəməşqin cənubunda fələstinli qaçqınların yaşadığı Yərmuk düşərgəsinə hücum edib. 

Qruplaşma düşərgənin çox hissəsini ələ keçirib. 

Bu barədə Dəməşqdə Fələstin Azadlıq Təşkilatının səlahiyyətlisi Enver Abdulhadi məlumat verib. 

Yermuk düşərgəsi Suriyadakı vətəndaş müharibəsindən ən çox ziyan çəkən bölgələrdən biridir. Əvvəl 160 min adamın yaşadığı düşərgədə hazırda 18 min insanın qaldığı bildirilir. 

Suriyada vətəndaş müharibəsi başlayandan sonra düşərgədə 200-ə yaxın insan təkcə aclıqdan qırılıb. Tez-tez terrorçuların hücumlarına məruz qalan fələstinli qaçqınların düşərgəsinə hava zərbələri də endirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar