Tarix: 04.12.2016,   Saat: 05:57, Bazar.          

İşğal altında olan yolların uzunluğu və körpülərin sayı açıqlandı

Azərbaycanın işğal altında olan yollarının uzunluğu və körpülərin sayı aşıqlanıb.

Məlumata görə, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov deyib ki, hazırda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin balansında ümumi istifadədə olan 17542 kilometr uzunluğunda avtomobil yolu var.

Onun sözlərinə görə, həmin yolların 4385 kilometri respublika, 13157 kilometri isə yerli əhəmiyyətli avtomobil yollarıdır: “Bu yollardan 2670 kilometri hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb”.

S.Məmmədov əlavə edib ki, Cəmiyyətin balansında 1299 ədəd körpü var və bu körpülərdən 160-ı körpü işğal olunmuş ərazilərdə yerləşir./trend/



  Bölmə: Gündəm | Baxış sayı: 447 | Tarix: 14.10.2016, 10:33


Xəbərlər