İsfahanda bomba zərərsizləşdirilib
18.09.2017 496 0.0 0

İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bomba partlamamışdan öncə zərərsizləşdirilib.

 

Məlumata görə, bomba yolun kənarında saxlanılmış avtomobilin altında quraşdırılıb, ətrafına isə qum kisələri düzülüb.

 

Avtomobilin altında bomba olması barədə məlumatı polisə vətəndaşlar çatdırıb. 

 

Hadisə yerinə polis, SEPAH qüvvələri və yanğınsöndürənlər gəlib. 

 

Əhali hadisə yerindən uzaqlaşdırılıb, bomba uzaqdan idarə olunan robot vasitəsilə  avtomobilin altından çıxarılıb və təhlükəsiz yerə aparılaraq partladılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar