Tarix: 09.12.2016,   Saat: 07:49, Cümə.          

İş axtaranlara yeni fürsət

Kənd Təsərrüfatı Nazirliyi (KTN) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və aqrokimyəvi maddələrin analizi, bitki və bitkiçilik məhsullarının analizi, bitkilərin ekspertizası şöbələrində vakant olan şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı, böyük aqrotexnik vəzifələrinin və rayonlar üzrə mütəxəssis qruplarında vakant olan baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edir:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 24 iyun 2008-ci il tarixli 5-3 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən 8 iyul 2008-ci il tarixində qeydiyyata alınmış (Dövlət qeydiyyat nömrəsi:3405) “Kənd təsərrüfatı sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq regional aqrokimya laboratoriyalarında mövcud vakant vəzifələrin tutulması üçün iddiaçılardan aşağıdakı şərtlər tələb olunur:

- müvafiq sahə üzrə ali ixtisas təhsili (aqrokimya, torpaqşünaslıq, kimya, biologiya, bitki mühafizəsi, aqronomluq);

- kompüter və dil biliklərinin olması;

- torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin aparılması barədə məlumatının və təcrübəsinin olması;

- torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək, analizlərin nəticələrini təhlil etməyi bacarmaq və tövsiyələr hazırlamaq;

- məhsulların tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini müəyyən etməyi bacarmaq;

- zərərvericivəxəstəliklərininkişaffenologiyası, entomofaqları,avadanlıq və cihazlardan istifadə qaydaları və texnologiyasını, onların iş prinsipini bilməli.

Regionalaqrokimyalaboratoriyalarındavakantyerlərin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər aşağıdakı ünvanlara müraciət edə bilərlər: www.dfnx.gov.az. Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti. Müraciətlər elektron qaydada da göndərilə bilər.



  Bölmə: Ölkə | Baxış sayı: 755 | Tarix: 23.11.2016, 12:04


Xəbərlər