İraqın şimalında silsilə partlayışlar törədilib
24.09.2016 518 0.0 0

İraqın şimalında Tikrit şəhərində törədilən silsilə partlayışlar nəticəsində 13 nəfər ölüb.

"Report" Livanın "Əl-Maidin" telekanalına istinadən xəbər verir ki, partlayışları terrorçu-kamikadze şəhərin əsas giriş hissəsində törədib.

Məlumata görə, partlayışların məsuliyyətini heç bir terrorçu qruplaşma üzərinə götürməyib.

Qeyd edək ki, Tikrit İraqın Salahəddin əyalətində yerləşir. 


Digər xəbərlər:
Şərhlər
avatar