İraqda İŞİD liderlərindən biri öldürülüb
23.06.2015 572 0.0 0

 ABŞ-ın Hərbi-Hava Qüvvələri “İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri Əli Əl-Hərzini məhv edib.

 

Məlumata görə, bu barədə ABŞ müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.

 

Məlumata əsasən, terrorçu iyunun 15-də İraqın Mosul şəhərində hava zərbəsi nəticəsində məhv edilib.

 

Açıqlamada qeyd olunur ki , Əli Əl-Hərzi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ diplomatik nümayəndəliyinə edilən hücumun iştirakçısı olub.

 

Xatırladaq ki, o zaman ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla, 4 ABŞ vətəndaşı öldürülmüşdü./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar