İraq ordusu kömək gözləyir
15.03.2015 771 0.0 0

Tikrit şəhərinin çox hissəsini İŞİD terrorçularından geri alan İraq ordusu əlavə kömək gözləyir.

Qazeta.info ANS PRESS-ə istinadla  məlumat verir ki, şəhər hələ də terrorçulardan tam təmizlənməyib. Hərbçilər bildiriblər ki, İŞİD yaraqlıları nəzarət etdiyi yerlərə minalar və partlayıcı qurğular yerləşdirir.

İraqın sabiq prezidenti Səddam Hüseynin doğulduğu şəhərin azad olunmasına yerli könüllülər də qoşulub. Bununla belə İraq ordusunun zabitləri Tikritdə tam nəzarəti ələ almaq üçün küçə döyüşləri üçün yaxşı təlim keçmiş əsgərlərə ehtiyac olduğu bildiriblər.

Qeyd edək ki, İraq ordusu Tikrit şəhərinin tam azad olunması üçün geniş miqyaslı əməliyyata başlayıblar. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar